Bakı. Trend:
Hüquq-mühafizə orqanlarının vahid rəqəmsal platformada birləşməsi vacibdir.
Trend xəbər verir ki, bunu Azərbaycan Hakimlərinin II Forumunda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev "Rəqəmsallaşma və süni intellektin tətbiqi" adlı panel müzakirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, cinayət təqibindən kənar icraatlar idarəsində artıq rəqəmsal formada 130 növdə məlumat datası formalaşıb:
"Azərbaycanda rəqəmsallaşma prosesi təbii keçid kimi baş verir. Ümid edirəm ki, çox yaxın zamanda hüquq-mühafizə orqanlarının vahid rəqəmsal platformada birləşməsi prosesi həyata keçiriləcək".
