Bakı. Trend:
Apellyasiya və Kassasiya məhkəmələrində kommersiya mübahisələrinə dair işlərə baxan 10 hakimin Astana şəhərinə ezam edilməsinə 19960 manat xərclənib.
Trend xəbər verir ki, bunu Azərbaycan Hakimlərinin II Forumunda Azərbaycan Hakimlər İttifaqının müavini Ələddin Cəfərov hesabat təqdimatında bildirib.
Onun sözlərinə görə, toplanmış vəsaitin əsas hissəsi, əsasən
aşağıdakı istiqamətlərə xərclənib:
"Bakıda keçirilmiş Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş
Assambleyasına - 500 min manat;
Azərbaycan Hakimlərinin I Forumuna 79 350 manat;
Türkiyədən Azərbaycana səfər etmiş hakimlər üçün 10 500 manat;
Vəfat edən hakimlərin ailələrinə xərclənən yardımlara görə - 14 300 manat;
Hakimlərin ingilis dili səviyyələrinin artırılması istiqamətində
ixtisasartırma kurslarına - 3 100 manat;
“Femida” könüllüləri iıə əməkdaşlığa - 6000 manat;
Hakimlərin futbol turnirinin keçirilməsinə -15 400 manat.
Qurum rəsmisi vurğulayıb ki, vəsaitin digər hissəsi texniki avadanlıqların alınmasına, dəftərxana xərclərinə, təqaüdə çıxan hakimlərə hadiyyələrjn alınmasına və s. istiqamətə xərclənib.
