...

Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatının ev sahibliyi müqaviləsi təsdiqləndi

İdman Materials 19 Fevral 2026 21:51 (UTC +04:00)
Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatının ev sahibliyi müqaviləsi təsdiqləndi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2027-ci ildə Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatı ilə əlaqədar ev sahibliyi müqaviləsi təsdiqlənib.

Trend-in məlumatına görə, bu, AFFA İcraiyyə Komitəsinin son iclasında reallaşıb.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında FIFA Şurasının qərarı ilə bu turnirin ev sahibliyi birgə şəkildə Azərbaycan və Özbəkistana verilib. Mundialın may-iyun aylarında keçirilməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti