...

Azərbaycan UNESCO-da büronun sədr müavini seçildi

Gündəm Materials 20 Fevral 2026 17:43 (UTC +04:00)
Azərbaycan UNESCO-da büronun sədr müavini seçildi

2026-ci ilin 17–20 fevral tarixlərində UNESCO-nun mənzil-qərargahında Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitənin 19-cu sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi təmsil olunub.

Trend-ə Daimi Nümayəndəlikdən verilən məlumata görə, iclasın gündəliyinə uyğun olaraq, 20 fevral tarixində Komitənin 20-ci sessiyası üçün Büronun tərkibinə seçkilər keçirilib. Seçkilərin nəticəsinə əsasən, Azərbaycan yekdilliklə Büronun sədr müavini vəzifəsinə seçilib.

Azərbaycanın bu mühüm vəzifəyə seçilməsi ölkəmizin mədəni müxtəlifliyin qorunması və təşviqi, habelə UNESCO-nun müvafiq konvensiyasının məqsəd və prinsiplərinin həyata keçirilməsinə verdiyi töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir.

Xəbər lenti

Xəbər lenti