Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp 2015-ci il fərmanı ilə tətbiq edilən və daha sonra sərtləşdirilən Venesuelaya qarşı sanksiyaları bir il müddətinə uzadıb.
Trend-in məlumatına görə, bu, ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə təqdim edilən bildirişdən irəli gəlir.
Məlumata əsasən, söhbət Venesuelaya qarşı tətbiq edilən məhdudiyyətlərdən gedir. Bu məhdudiyyətlər ABŞ-nin 44-cü prezidenti Barak Obamanın 2015-ci ilin mart ayında Bolivar Respublikasında baş verən insan haqlarının pozulması ilə bağlı imzaladığı fərman əsasında tətbiq olunub. Sonrakı illərdə bu sanksiyalar dəfələrlə genişləndirildi, sərtləşdirildi və uzadıldı.
Sonrakı illərdə bu sanksiyalar dəfələrlə sərtləşdirilib və uzadılıb. Bildirişdə bildirilib ki, məhdudlaşdırıcı tədbirlərin görüldüyü Venesueladakı vəziyyət "ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi təhlükə yaratmaqda davam edir".