Bakı. Trend:
Böyük Britaniya və onun bir sıra Avropa müttəfiqləri yeni, qiymət baxımından səmərəli hava hücumlarından müdafiə (HHM) vasitələrinin birgə hazırlanması ilə məşğul olacaqlar.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
“Böyük Britaniya və E5 üzrə tərəfdaşlarımız – Fransa, Almaniya, İtaliya və Polşa – NATO-nun müdafiə sipərini gücləndirmək məqsədilə yeni nəsil hava hücumundan müdafiə sistemlərinə və avtonom sistemlərə birgə investisiyaları artırırlar”, – Böyük Britaniyanın müdafiə və sənaye naziri Lyuk Pollard bildirib.
Ötən həftə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat vermişdi ki, ölkə hökuməti 2025-ci maliyyə ilində digər Avropa dövlətləri ilə birgə həyata keçirilən uzaqmənzilli raket proqramlarının, eləcə də səs sürətini aşan silahlarının inkişafına 545 milyon ABŞ dolları ayıracaq.
