...

Prezident İlham Əliyev Sloveniya Prezidentini təbrik edib

Siyasət Materials 20 Fevral 2026 16:29 (UTC +04:00)
Prezident İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Azərbaycan Respublikası ilə Sloveniya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.

Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətləri bizim üçün əhəmiyyətlidir. Sevindirici haldır ki, ötən otuz illik dövr ərzində ikitərəfli əlaqələrimiz möhkəmlənmiş, müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı inkişaf etmişdir.

İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Sloveniya dostluq və tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı və genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Sloveniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti