...

İslam bankçılığı ilə bağlı qanunvericiliyə dəyişiklik layihəsinin qısa müddətdə hökumətə təqdim edilməsi planlaşdırılır - AMB

İqtisadiyyat Materials 20 Fevral 2026 10:27 (UTC +04:00)
İslam bankçılığı ilə bağlı qanunvericiliyə dəyişiklik layihəsinin qısa müddətdə hökumətə təqdim edilməsi planlaşdırılır - AMB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İslam bankçılığı ilə bağlı Mülki Məcəlləyə, Vergi Məcəlləsinə, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında", “Dövlət rüsumu haqqında”, “Kredit Büroları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunlarına təklif olunan müvafiq dəyişikliklər hüquqi ekspertizaya təqdim edilib.

Bunu Trend-ə özəl müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə deyib.

O bildirib ki, dəyişikliklər layihəsinin ən qısa müddətdə hökumətə təqdim edilməsi planlaşdırılır.

“Eyni zamanda Məcəllə və Qanunlara dəyişikliklər layihəsinin qəbulundan sonra İslam maliyyə məhsullarının tətbiqindən irəli gələn risklərin tənzimlənməsi məqsədilə növbəti mərhələdə prudensial tənzimləmə çərçivəsinin müəyyən edilməsi nəzərdə tutulur”, - deyə Ş. Mahmudzadə vurğulayıb.

Mərkəzi Bankın Baş direktoru İslam maliyyə əməliyyatlarının ƏDV-dən azad edilməsi məsələsinə də toxunub.O qeyd edib ki, alternativ (İslam) bankçılıq fəaliyyəti çərçivəsində göstərilən maliyyə xidmətlərinin ənənəvi bankçılıq xidmətləri ilə eyni vergi rejiminə bərabər tutulması və ənənəvi və alternativ bankçılıq fəaliyyəti arasında vergi neytrallığının təmin olunmasına xidmət edir. Ş. Mahmudzadə bildirib ki, qeyd olunan məsələ hazırda hazırlanmış qanunvericilik dəyişiklikləri layihəsində öz əksini tapıb və yaxın zamanda layihənin aidiyyəti dövlət qurumlarına təqdim edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti