...

"Nissan" ABŞ-də 643 minə yaxın avtomobilini geri çağırır

Dünya xəbərləri Materials 19 Fevral 2026 21:00 (UTC +04:00)
"Nissan" ABŞ-də 643 minə yaxın avtomobilini geri çağırır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Adminstrasiyası (NHTSA) ABŞ-də ümumilikdə 642 698 ədəd "Rogue" model SUV avtomobilin geri çağırıldığını açıqlayıb.

Trend bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Bildirilir ki, geri çağırış mühərrik və sürət qutusunda yaranan nasazlıqlar səbəbindən sürücülük gücünün itirilməsi riski ilə əlaqədardır.

Tənzimləyici qurumun məlumatına görə, şirkət qaz paylayıcı mexanizmdə (sürət qutusunun dişlilərində) mümkün sıradan çıxma ehtimalı səbəbindən "Nissan" şirkəti 318 781 ədəd "Rogue" SUV-ni geri çağırır.

Bundan əlavə, mühərrik zədələnməsi riski ilə əlaqədar daha 323 917 ədəd avtomobil geri çağırılacaq. Qeyd olunur ki, bu nasazlıq isti mühərrik yağının axmasına səbəb ola bilər. Nəticədə mühərrikin yanması və idarəetmə gücünün itirilməsi riski artır.

NHTSA bildirib ki, dilerlərə hər iki geri çağırış çərçivəsində mühərrik idarəetmə proqram təminatının yenidən proqramlaşdırılması və zərurət yaranarsa, nasaz komponentlərin dəyişdirilməsi tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti