...

ABŞ bu ölkənin məşhur kurortuna qarşı sanksiya tətbiq etdi

Dünya xəbərləri Materials 20 Fevral 2026 14:35 (UTC +04:00)
ABŞ bu ölkənin məşhur kurortuna qarşı sanksiya tətbiq etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Meksikanın “Kovay Gardens” kurort qəsəbəsinə, 5 Meksika vətəndaşına və 17 şirkətinə qarşı sanksiya tətbiq edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Vaşinqtonun “qara siyahı"sına düşənlər dələduzluq sxemlərdə və “Cártel de Jalisco Nueva Generación” narkokartelinin fəaliyyətində iştirakda ittiham olunurlar.

Sanksiyalarıla bağlı məlumat departamentin rəsmi saytında yerləşdirilib.

“ABŞ Meksikadakı “Kovay Gardens” kurortuna, “tamyşer” tipli icarə (ilin müəyyən dövrlərində əmlaka sahiblik hüququ-red) üzrə istirahət təklif edən kurorta, eləcə də fırıldaqçı sxemlərdə əli olan beş Meksika vətəndaşına və 17 Meksika şirkətinə qarşı sanksiyalar tətbiq edib”, – Dövlət Departamentindən bildirilib.

“Cártel de Jalisco Nueva Generación” 2025-ci ildə ABŞ-nin xarici terror təşkilatlarının siyahısına daxil edilib. Dövlət Departamentinin məlumatın görə, həmin şirkətlər və şəxslər ABŞ vətəndaşlarına qarşı fırıldaqçılıq, eləcə də kartelin digər cinayətlərində əli olan şəxslərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti