Bakı. Trend:
Bakıda IX Yoqa Festivalı - "Sevgi və Sülh" devizi altında keçiriləcək.
Trend-in məlumatına görə, festival 22 fevral saat 10:00-dan 16:00-dək "Sea Breeze"də - "CaspiMayr Retreat" baş tutacaq.
Festivalda təcrübəli yoqa ustadlarının iştirak edəcəyi bildirilir. Toplanan məbləğ uşaq evinə ianə olunacaq.
Festivalın proqramı:
10:00 – Festivalın açılışı
10:15 – Elşad Abbasov: Hatha Yoga (Bədən və nəfəs balansı)
11:30 – İlhamə Şirinova: Enerji praktikaları
12:30 – Fərhad Sadıxov: Tibet kasaları (Səs terapiyası)
13:00 – Fasilə
14:00 – Səidə Rəhimova: Kundalini yoqa
14:30 – Səbinə Dadaşova: Çakra Yenilənməsi - Meditasiya
15:15 – İlqar Yusifov: Taichi (Hərəkətdə meditasiya)
