Bakı.Trend:
Şəmkirdə məşhur azərbaycanlı geoloq Fərman Salmanovun abidəsi ucaldılacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tender elan edib.
Belə ki, abidənin Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, “Xəqani İbrahimov” adına parkın ərazisində ucaldılması nəzərdə tutulur.
Görüləcək işlər müqabilində şirkət 107 min 662 manat ödəyəcək.
Qeyd edək ki, Fərman Salmanov 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf edib.
2019-cu ilin may ayından etibarən Rusiyanın Surqut hava limanına azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.
