Xocavənd şəhərinə ilk köç oldu (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 20 Fevral 2026 14:36 (UTC +04:00)
Xocavənd şəhərinə ilk köç oldu (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocavənd. Trend:

Xocavənd şəhərinə və Xocavənd kəndinə qayədan ailələrə evlərinin açarları təqdim edildi.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 50 ailə -194 nəfər, Xocavənd kəndinə isə 20 ailə - 94 nəfər köçürülüb.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

xxx
13:39

Xocavənd şəhəri və Xocavənd kəndinə ilk köç prosesi gerçəkləşib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 50 ailə -194 nəfər, Xocavənd kəndinə isə 20 ailə - 94 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

xxx
12:45

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocavənd şəhərinə və Xocavənd kəndinə ilk köç karvanları yola salınıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Xocavənd şəhərinə və Xocavənd kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd şəhərinə 50 ailə -194 nəfər, Xocavənd kəndinə isə 20 ailə - 94 nəfər köçürülür.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti