Bakı. Trend:
Yeni Zelandiya hakimiyyəti Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib və Rusiya neftinin qiymət həddini əvvəllər Avropa İttifaqı (Aİ) tərəfindən müəyyən edilmiş səviyyə olan 44,10 dollara endirib.
Trend-in məlumatına görə, bu barədə Yeni Zelandiya Xarici İşlər Nazirliyi xəbər verib.
Nazirlik qeyd edib ki, 20 fevral 2026-cı il tarixindən etibarən sanksiya siyahısına 23 fiziki şəxs, 13 müəssisə və 100 dəniz gəmisi daxil edilib.
Həmçinin bildirilirdi ki, "Rusiya mənşəli xam neftin maksimum qiymət səviyyəsi" barel üçün 47,60 dollardan 44,10 dollara endiriləcək.