...

Lavrov və Əraqçi Tehranın nüvə proqramını müzakirə etdi

Dünya xəbərləri Materials 20 Fevral 2026 14:43 (UTC +04:00)
Lavrov və Əraqçi Tehranın nüvə proqramını müzakirə etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Xarici İşlər Naziri Abbas Əraqçi və onun Rusiyalı həmkarı Serqey Lavrov arasında telefon danışığı olub. Ali diplomatlar Tehranın nüvə proqramı ilə bağlı yaranmış böhranlı vəziyyəti müzakirə ediblər.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Aparılan müzakirələrdə bundan başqa ikitərəfli münasibətlərə və qarşılıqlı maraq doğuran qlobal və regional məsələlərə toxunulub.

Telefon danışığında Lavrov nüvə proqramı ilə bağlı aparılan danışıqlar prosesində həll yollarının tapılmasında Moskvanın göstərdiyi dəstəyi vurğulayıb və Rusiyanın İranın legitim hüquqlarına hörmət etdiyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti