...

Yaponiyanın Baş naziri Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir

Dünya xəbərləri Materials 20 Fevral 2026 10:25 (UTC +04:00)
Yaponiyanın Baş naziri Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın Baş naziri Sanaye Takaiti mübahisəli ərazilərlə bağlı prpblemləri həll etmək istədiyini və Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətində olduğunu bildirib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Yaponiya-Rusiya münasibətləri ağır vəziyyətdə olsa da Yaponiya hökumətinin mövqeyi dəyişməz olaraq qalır: ərazi problemi həll olunsun və sülh müqaviləsi bağlansın”, -deyə Takaiti bildirib.

Qeyd edək ki, Rusiya ilə Yaponiya arasında Cənubi Kuril adalarının (Urup adası istisna olmaqla) mənsubiyyəti ilə bağlı ərazi mübahisəsi İkinci Dünya müharibəsinin başa çatmasından bəri hələ də tənzimlənməmiş qalır. Moskva bu ərazilər üzərində suverenliyini qanuni hesab edir, Tokio isə onları Hokkaydo prefekturasının tərkib hissəsi kimi göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti