...

Azərbaycan Səfirliyi Türkmənistanda keçirilən “Diplomatiya Günü” beynəlxalq sərgisində iştirak edib (FOTO)

Siyasət Materials 20 Fevral 2026 15:24 (UTC +04:00)
Azərbaycan Səfirliyi Türkmənistanda keçirilən “Diplomatiya Günü” beynəlxalq sərgisində iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Türkmənistandakı Səfirliyi Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən “Diplomatiya Günü”nə həsr olunmuş beynəlxalq sərgidə iştirak edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, sərgi çərçivəsində ölkəmizin zəngin tarixi irsi, mədəniyyəti, incəsənəti və turizm potensialını özündə əks etdirən edən nəşrlər nümayiş olunub. “Made in Azerbaijan”, “Travel to Azerbaijan” və “WUF13” ilə bağlı broşürlər paylanılıb, “Azerbaijan.travel”ı tərənnüm edən videoçarx göstərilib.

Tədbir iştirakçılarına Azərbaycanda “Şəhərsalma və Arxitektura İli” çərçivəsində Bakı şəhərində 17–22 may tarixlərində keçiriləcək WUF13 tədbiri, o cümlədən ölkəmizin davamlı urbanizasiya, inklüziv şəhər planlaşdırılması, dayanıqlı inkişaf hədəfləri və qlobal şəhərsalma gündəliyində artan rolu barədə ətraflı məlumatlar verilib.

Türkmənistan Nazirlər Kabinetinin Sədr müavini, xarici işlər naziri Rəşid Meredov ölkə rəsmiləri və diplomatik korpus nümayəndələri ilə birlikdə Azərbaycan guşəsi ilə tanış olub. Sərgiyə qatılan qonaqlar Azərbaycanla bağlı təqdimatlara böyük maraq göstərib.

Eyni zamanda, səfir Qismət Gözəlov sərgidə Türkmənistan mediasına müsahibə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti