...

Azərbaycanda təbii qaz hasilatı artıb

İqtisadiyyat Materials 20 Fevral 2026 18:08 (UTC +04:00)
Azərbaycanda təbii qaz hasilatı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda 4,274 milyard kubmetr təbii qaz (qaz kondensatı daxil olmaqla) hasil edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hasilat həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 295 milyon kubmetr və ya 7,4 faiz çox olub.

Ötən ilin yanvar ayında təbii qaz hasilatı 3,979 milyard kubmetr təşkil edib.

Hesabat dövründə 3,382 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 270 milyon kubmetr və ya 8,7 faiz çoxdur.

Ötən ilin yanvar ayında 3,112 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilmişdi.

Ümumilikdə, hesabat ayında ölkənin mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 2,7 milyard manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 2,4 faiz artıb.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2,2 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 3,4 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki illə müqayisədə 2,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 8,7 faiz artıb.

Xəbər lenti

Xəbər lenti