Bakı. Trend:
Məhkəmələr kağız daşıyıcılardan imtinaya hazırlaşır.
Trend xəbər verir ki, bunu Azərbaycan Hakimlərinin II Forumunda Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev "Rəqəmsallaşma və süni intellektin tətbiqi" adlı panel müzakirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, tam elektron icraata keçid kağız daşıyıcılardan imtina üzərində qurulub:
"Bəzi sübutların ölçü və məzmun baxımından fiziki olaraq təqdim ediləcək. Elektronlaşdırma zamanı işə hansı məhkəmə tərəfindən baxılmasının fərqi qalmadığı üçün hakimlər arasında bərabər iş yükü yaranacaq. Nəticədə məhkəmə üçün data bazası da formalaşacaq".
Sənan Hacıyev əlavə edib ki, məhkəmələrdə inzibati və mülki işlər üzrə tam elektron icraata keçidlə bağlı qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb. Hazırda müvafiq orqanlarla razılaşdırma mərhələsindədir.
