...

Logistikanın modernləşdirilməsi Azərbaycanın regional tranzit qovşağı kimi rolunu möhkəmləndirəcək - “Fitch"

Siyasət Materials 20 Fevral 2026 12:50 (UTC +04:00)
Logistikanın modernləşdirilməsi Azərbaycanın regional tranzit qovşağı kimi rolunu möhkəmləndirəcək - “Fitch"
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın enerji təhlükəsizliyi, dəniz infrastrukturu və logistikanın modernləşdirilməsi sahəsində götürdüyü öhdəliklərin ölkənin regional tranzit qovşağı kimi rolunu möhkəmləndirəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə "BMI" şirkətinin ( “Fitch Solutions” tərkibinə daxil olan şirtkət) analitikləri bildiriblər.

ABŞ-nin regiona cəlb olunması 2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilən sammitdən başlayıb. Həmin sammitdə Ermənistan və Azərbaycan liderləri sülh sazişinin mətnini paraflayıblar. Bu danışıqlar çərçivəsində ABŞ Ermənistan ərazisindən keçəcək və Azərbaycanın əsas hissəsini Türkiyə ilə sərhəddə yerləşən Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək tranzit dəhlizinin yaradılmasına Ermənistana dəstək olmaq öhdəliyini üzərinə götürüb. Ermənistanın 2026-cı ilin yanvarında imzaladığı razılaşmaya əsasən, beynəlxalq sülh və rifah naminə Tramp marşrutunun (TRIPP) 74% ABŞ-yə məxsus olacaq,- deyə "BMI"ın hesabatında bildirilir.

Şirkətin analitikləri xatırladırlar ki, fevral ayında ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens regiona səfər edib və hər iki paytaxtla strateji tərəfdaşlığa dəstəyini bir daha ifadə edib.

“Azərbaycanda enerji təhlükəsizliyi, dəniz infrastrukturu və logistikanın modernləşdirilməsi üzrə öhdəliklər, analitiklərin qiymətləndirməsinə görə, ölkənin regional tranzit qovşağı kimi mövqelərini gücləndirəcək. İnvestorlar artıq TRIPP dəhlizinə yüksək maraq göstəriblər. Bu arada Vens qeyd edib ki, müvafiq layihələrə milyardlarla ABŞ dolları həcmində sərmayə yatırılması mümkündür”, -deyə hesabatda vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti