...

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlandı

Telekommunikasiya Materials 20 Fevral 2026 11:37 (UTC +04:00)
Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlandı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Hakimlərinin II Forumunda Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, məhkəmə sistemində, ədalət mühakiməsində süni intellektin tətbiqi ilə bağlı proqram hazırlanıb:

"Xüsusən iddia ərizələri, appelyasiya kassasiya, şikayətlərinin məhkəməyə daxil olan zaman onların prosessual normalara uyğun tətbiqinin süni intellekt vasitəsilə yoxlanılması nəzərdə tutulur. Eyni zamanda, çox sadə işlərin, əmr icraatı, icra icraatı qaydasında verilən ərizələrə və şikayətlərə qərar layihəsi süni intellekt vasitəsilə hazırlanacaq ".

S.Hacıyev əlavə edib ki, bu sahədə məqsədlərdən biri də məhkəmə qərarlarının proqnozlaşdırılmasını təmin etməkdir:

"Vətəndaşlar məhkəməyə müraciət edən zaman iddiasının uyğunluq dərəcəsini qiymətləndirə biləcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti