Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda 2,257 milyard kilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci yanvar ayındakı göstərici ilə müqayisədə 89,4 milyon kVt/saat və ya 3,8% azdır.
Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 2,187 milyard kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da 2025-ci ilin eyni ayındakı göstərici ilə müqayisədə 78,3 milyon kVt/saat və ya 3,5% azalma deməkdir.
Ümumilikdə, elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar ayında
350,8 milyon manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər
göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda
istehsal edilmiş məhsulların həcmi 45,4 milyon manat təşkil
edib.
