...

Azərbaycan Asiya İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə etdi

İqtisadiyyat Materials 20 Fevral 2026 12:07 (UTC +04:00)
Azərbaycan Asiya İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə etdi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Trend bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyat nazirinin müavini Azər Bayramov Asiya İnkişaf Bankının Dövlət sektorunun idarə edilməsi və idarəçilik sektoru ofisinin regional direktoru Navendu Karanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin, eləcə də kiçik və orta sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan islahatlar barədə məlumat verilib.

Azərbaycanda iqtisadiyyatın rəqəmsal transformasiyasının əsas prioritetlərdən olduğu və bu istiqamətdə süni intellekt əsaslı həllərin tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər qeyd olunub. Eyni zamanda, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, mütərəqqi beynəlxalq təcrübələrin tətbiqi, rəqəmsal nəzarət mexanizmlərinin genişləndirilməsi üzrə görülən işlər nəzərə çatdırılıb.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti