...

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə artıb

İqtisadiyyat Materials 20 Fevral 2026 17:10 (UTC +04:00)
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 1 milyard 905,1 milyon kub-metr qaz nəql edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni ayındakı göstərici ilə müqayisədə 253,6 milyon kub-metr və ya 15,4% çoxdur.

Ümumilikdə, hesabat ayında magistral qaz kəmərləri ilə 3 milyard 979,4 milyon kub-metr qaz nəql edilib və əvvəlki ilin yanvar ayına nisbətən 11,7 faiz artım müşahidə olunub. Qazın nəqlinin 47,9 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti