Bakı. Trend:
Türkiyə, 2023-cü ilin fevral ayında baş verən dağıdıcı zəlzələlərdən sonra respublika vətəndaşlarının müvəqqəti olaraq yerləşdiyi Qəzza zolağına ən azı 20 min konteyner evi göndərmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.
"Qəzzaya humanitar yardım göstərmək üçün səylərimizi davam etdirəcəyik. "Rəfah" nəzarət keçid məntəqəsi yenidən açıldıqdan sonra zəlzələlər zamanı istifadə edilən konteynerləri Qəzzaya göndərməyi planlaşdırırıq. İlk mərhələdə bölgəyə 20 000 konteyner göndərmək istəyirik", - deyə nazir qeyd edib.