...

Kallas Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin təsdiqlənəcəyi tarixi açıqladı

Dünya xəbərləri Materials 20 Fevral 2026 16:40 (UTC +04:00)
Kallas Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin təsdiqlənəcəyi tarixi açıqladı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı Avropa İttifaqının növbəti – sayca 20-ci sanksiyalar paketinin fevralın 23-da Aİ XİN rəhbərlərinin zirvə toplantısında təsdiqlənəcəyinə əminlik ifadə edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Bazar ertəsi biz Rusiyaya qarşı 20-ci sanksiyalar paketini qəbul edəcəyik”, - deyə Kallas bildirib.

Bundan əvvəl KİV-lər Aİ 27 üzv dövlətinin səfirlərinin fevralın 20-də keçirilən planlı toplantıda 20-ci sanksiyalar paketi ilə razılaşmaya gələ bilmədiklərini yazırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti