...

Bəzi yerlərdə vacib yol nişanları dağıdılmış vəziyyətdə olur – Fariz İsmayılzadə

Cəmiyyət Materials 20 Fevral 2026 14:42 (UTC +04:00)
Bəzi yerlərdə vacib yol nişanları dağıdılmış vəziyyətdə olur – Fariz İsmayılzadə
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi yerlərdə vacib yol nişanları kəndlərin girişində mövcud olmur və ya dağıdılmış vəziyyətdə olur.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə parlamentin bugünkü plenar iclasında “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili xatırladıb ki, “Yol hərəkəti haqqında” Qanunda məlumatverici və göstərici nişanladan bəhs edilib. Bu nişanlar yaşayış məntəqələrinin və digər obyektlərin yerləşməsi, onların adları və keçmə qaydaları barədə məlumat verir. Bu nişanlar sürücülərə kəndin adını, məsafəsini və ya istiqamətini göstərmək üçün yolların kənarında yerləşdirilir, məntəqənin ərazisinə giriş-çıxışı tənzimləyir və sürücüyə yaşayış məntəqəsinə çatdığını xəbər verir. Bütün bunlar yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədi daşıyır, xüsusilə tarixi və turistik yerlərin tapılmasını asanlaşdırır.

“Təəssüf ki, bəzi yerlərdə bu vacib yol nişanları kəndlərin girişində mövcud olmur və ya dağıdılmış, oxunması çətin vəziyyətdə olur. Bəzən yolların kənarında yerləşən market və mağazaların adları daha böyük və aydın görünür, nəinki bu vacib yol nişanları. Nəticədə sürücülərin işi çətinləşir, yol təhlükəsizliyi isə risk altına düşür.

Bu məsələ xüsusilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində öz aktuallığını göstərir. Müvafiq icra hakimiyyəti orqanlarının bu problemə diqqət yetirməsini xahiş edirəm”, - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti