...

İtkin şəhid Qılman Hacıyev dəfn edildi

Cəmiyyət Materials 20 Fevral 2026 13:09 (UTC +04:00)
İtkin şəhid Qılman Hacıyev dəfn edildi
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən şəhid Qılman Hacıyevlə vida mərasimi təşkil olunub.

Trend-in Qarabağ bürosunun məlumatına görə, vida mərasimi Bərdə rayonunun Kələntərli kəndində keçirilib.

Mərasimdə rayon sakinləri, şəhidin ailə üzvləri, Bərdə Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim başa çatdıqdan sonra şəhid kənd qəbiristanlığında dəfn olunub, ruhuna dualar oxunub.

Qeyd edək ki, 1972-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olan Qılman Hacıyev Birinci Qarabağ müharibəsində Vətən uğrunda gedən döyüşlərdə iştirak edib. O, 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti