...

Putin bu vəzifəli şəxsi Türkiyəyə səfir göndərdi (FOTO)

Dünya xəbərləri Materials 20 Fevral 2026 11:45 (UTC +04:00)
Putin bu vəzifəli şəxsi Türkiyəyə səfir göndərdi (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Sergey Verşinini tutduğu vəzifədən azad edərək, onu Türkiyəyə fövqəladə və səlahiyyətli səfir göndərib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Müvafiq fərman Rusiyanın rəsmi hüquq informasiya portalında dərc olunub.

Qeyd edək ki, Sergey Verşinin 24 iyul 1954-cü ildə anadan olub. SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (1976) və SSRİ XİN-in Diplomatik Akademiyasını (1991) bitirib. O, 1976-cı ildən diplomatik xidmətdədir. Ərəb, fransız və ingilis dillərini bilir.

31 dekabr 1999-cu ildən 8 dekabr 2003-cü ilədək Rusiya Federasiyasının Əlcəzairdə fövqəladə və səlahiyyətli səfiri olub. 2005–2018-ci illərdə Rusiya XİN-in Yaxın Şərq və Şimali Afrika Departamentinin direktoru olub. O, 27 mart 2018-ci ildən 20 fevral 2026-cı ilədək Rusiya Federasiyasının xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti