...

"Fənərbağça" öz meydanında böyük hesabla uduzub - Avropa Liqası

İdman Materials 20 Fevral 2026 00:28 (UTC +04:00)
"Fənərbağça" öz meydanında böyük hesabla uduzub - Avropa Liqası
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Trend-in məlumatına görə, İstanbul təmsilçisi doğma meydanda İngiltərənin "Nottinqem Forest" komandasını qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər matçlarda aşağıdakı nəticələr qeydə alınıb.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, ilk oyunlar

19 fevral

21:45. "Fənərbağça" (Türkiyə) - "Nottinqem Forest" (İngiltərə) - 0:3

21:45. "Brann" (Norveç) - "Bolonya" (İtaliya) - 0:1

21:45. "Dinamo" (Xorvatiya) - "Genk" (Belçika) - 1:3

21:45. PAOK (Yunanıstan) - "Selta" (İspaniya) - 1:2

Qeyd edək ki, günün digər 4 oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Pley-off mərhələsinin cavab qarşılaşmaları bir həftə sonra təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti