Bakı. Trend:
Rusiyanın Sibir bölgəsində çinli turistləri daşıyan yolsuzluq avtomobili (UAZ) donmuş Baykal gölünün üzərində keçən zaman buz təbəqəsi qırılıb və nəqliyyat vasitəsi suya düşüb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində yeddi çin vətəndaşı və bir avtobus sürücüsünün həlak olduğu bildirilir.
Rusiya FHN-nin regional baş idarəsindən bildiriblər ki, meyitlər artıq tapılaraq göldən çıxarılıb.
Yerli qubernator İqor Kobzev cümə günü Telegram kanalında bildirib ki, turistlərdən yalnız birini xilas etmək mümkün olub.
İrkutsk vilayəti prokurorluğu faktla bağlı cinayət işi açıldığını və hadisənin hallarının araşdırıldığını bildirib.
Qeyd edək ki, Monqolustanın şimalında yerləşən və dünyanın ən dərin gölü olan Baykal çinli turistlər arasında Rusiyanın ən populyar turizm məskənlərindən sayılır.
