...

Azərbaycanda hüquq mədəniyyətinin və təhsilinin inkişafına töhfə verməkdən məmnunuq - Bəxtiyar Aslanbəyli

Cəmiyyət Materials 20 Fevral 2026 16:16 (UTC +04:00)
Azərbaycanda hüquq mədəniyyətinin və təhsilinin inkişafına töhfə verməkdən məmnunuq - Bəxtiyar Aslanbəyli
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

bp olaraq cəmiyyətin hüquq mədəniyyətinin möhkəmləndirilməsinə və gələcək nəsil hüquqşünasların yetişdirilməsinə töhfə verəcək bir nəşrə dəstək göstərməkdən məmnunuq.

Trend xəbər verir ki, bunu bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu gün bp və tərəfdaşlarının dəstəyi ilə nəşr edilən yeni hüquq kitabının təqdimat mərasimində deyib.

O, çıxışında bildirib: “Cəmiyyətin hüquq mədəniyyətinin möhkəmləndirilməsinə və gələcək nəsil hüquqşünasların yetişdirilməsinə töhfə verəcək bir nəşrə dəstək göstərməkdən məmnunuq. Bu elə bir nəşrdir ki, bütün hüquq icmasına dəstək ola biləcək bilik və təcrübəni özündə birləşdirir - ondan həm tələbələr, həm də bu sahədə çalışan mütəxəssislər və müəllimlər öz gündəlik fəaliyyətlərində faydalanacaq. İnanırıq ki, bu kitabı universitetlərə və hüquq institutlarına təqdim etməklə, çox əhəmiyyətli bir bilik bazasını bütün müvafiq auditoriyalar üçün əlçatan etmiş oluruq. Ümidvarıq ki, bu nəşr hüquq sahəsində çalışan hər bir kəs üçün dəyərli istinad mənbəyi olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti