Bakı. Trend:
İngiltərənin "Arsenal" klubunda yeni müqavilə qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, London təmsilçisi Bukayo Sakanın sözləşməsinin müddətini uzadıb. İngiltərə millisinin üzvü ilə uzunmüddətli müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, Bukayo Saka "Arsenal"In yetirməsidir.
