...

Paytaxtda avtomobil tunellərində təmizlik işləri aparılır (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2026 17:53 (UTC +04:00)
Paytaxtda avtomobil tunellərində təmizlik işləri aparılır (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxt ərazisində yerləşən avtomobil tunellərində və tuneldaxili yol elementlərində genişmiqyaslı təmizlik işləri aparılır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, yağıntılar və intensiv hərəkət nəticəsində yaranan palçıq və toz xüsusi təyinatlı işçi heyəti tərəfindən aradan qaldırılır.

İşlər “Qələbə” meydanında (Fətəli xan Xoyski prospekti istiqamətində) yerləşən tunel tipli yol qovşağında davam etdirilir.

Təmizlik prosesi zamanı:

- Tunelin giriş-çıxış hissələri

- Məhəccərlər və yan divarlar

- Tuneldaxili yol nişanları

- İşıq əksetdiricilər

- Əyrixətli dəmir tirlər xüsusi təyinatlı texnika vasitəsilə təzyiqli su ilə yuyulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti