...

Filippində vulkan püskürüb

Dünya xəbərləri Materials 19 Fevral 2026 18:18 (UTC +04:00)
Filippində vulkan püskürüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Filippinin Neqros adasında Kanlaon vulkanı püskürüb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, püskürmə 2 dəqiqə davam edib və vulkan kraterindən səmaya 4,5 km yüksəkliyə qədər kül-daş təbəqəsə qalxıb.

Vulkanın yaxın çevrəsində olan rayonda beş ballıq şkala ilə ikinci dərəcəli xəbərdarlıq elan olunub. Yerli hökumət 4 kilometr radiusda olan sakinləri və turistləri təhlükə zonasını tərk etməyə çağırıb.

Kanlaon Filippinin ən iri fəal vulkanlarından biridir. O, milli parkın ərazisində yerləşir və məşhur turizm məkanı hesab olunur. Vulkanın hündürlüyü 2 465 metrdir, əsasının diametri isə 30 kilometrə çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti