...

BTQ təkcə siyasi müstəvidə deyil, iqtisadi və elmi müstəvidə fəaliyyətini davam etdirir - Abbas Abbasov

Siyasət Materials 19 Fevral 2026 13:30 (UTC +04:00)
BTQ təkcə siyasi müstəvidə deyil, iqtisadi və elmi müstəvidə fəaliyyətini davam etdirir - Abbas Abbasov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ölkələr arasında sıx və sağlam əməkdaşlıq qurmaq üçün Virtual Muzey kimi rəqəmsal platformalar çox mühüm bir rol oynayır.

Trend xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bu gün Bakıda keçirilən “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Bu zaman təhqiqatçılar, elm xadimləri, ekspertlər bu kimi elmi platformalardan kifayət qədər çox istifadə edirlər möhtəbər mənbə olaraq və burada əməkdaşlıqlar yaranır. Bizim virtual platformamız həm elm xadimləri üçün, həm BMT ekspertləri üçün, həm də digər maraqlı tərəflər üçün rəqamsal məlumat bazası xarakteri daşıyacaq öz növbəsində dekolonializasiya prosesinə də elmi müstəvidə töhfəsini verəcək”.

Abbas Abbasov əlavə edib ki, BTQ təkcə siyasi müstəvidə deyil, iqtisadi və elmi müstəvidə fəaliyyətini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti