...

ABŞ Azərbaycandan qeyri-neft məhsulları alışını 26%-dən çox artırıb

İqtisadiyyat Materials 19 Fevral 2026 13:52 (UTC +04:00)
ABŞ Azərbaycandan qeyri-neft məhsulları alışını 26%-dən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 39,3 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,7 milyon ABŞ dolları və ya 32,3% azdır.

Bu ilin yanvar ayında Azərbaycandan ABŞ-yə 7,6 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,25 milyon ABŞ dolları və ya 41,2% çoxdur.

Hesabat ayı ərzində Azərbaycandan ABŞ-yə ixrac əməliyyatlarının 6,811 milyon dollarını qeyri-neft məhsulları təşkil edib ki, bu da 2025-ci ilin yanvar ayındakı göstərici ilə müqayisədə 1,4 milyon ABŞ dolları və ya 26,2% çoxdur. ABŞ-yə qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi qeyri-neft ixracına nisbətən 2,54% paya malik olub. Bununla da hesabat ayında ABŞ Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr siyahısında 8-ci pillədə qərarlaşıb.

Hesabat dövründə ABŞ-dən Azərbaycana isə 31,6 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21 milyon ABŞ dolları və ya 39,9% azalma deməkdir.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5% azdır.

Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın, 1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar və ya 36,5% azalıb.

Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti