...

Qəbul imtahanında fərqli dillərdən imtahan vermək istəyən abituriyentlərin nəzərinə!

Cəmiyyət Materials 19 Fevral 2026 12:37 (UTC +04:00)
Qəbul imtahanında fərqli dillərdən imtahan vermək istəyən abituriyentlərin nəzərinə!
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin məzunu olan abituriyentlər buraxılış imtahanını məktəbdə keçdiyi xarici dil üzrə verəcəklər. Qəbul imtahanında isə xarici dili dəyişmək istəyən abituriyentlər fərq imtahanı verməlidirlər.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynova DİM-in "Facebook" hesabında yayımlanan "Abituriyent" verilişində bildirib.

Onun sözlərinə görə, xarici dili dəyişmək istəyən abituriyentlər üçün fərq imtahanı aprel ayının 19-da olacaq.

"Ötən ilin məzunları olan oğlan abituriyentlərin səfərbərliklə bağlı bazada adları varsa, çağırışçı olduqları üçün ərizələrini təsdiq edə bilməyəcəklər", - deyə o bildirib.

Nigar Hüseynova qeyd edib ki, aprel-may aylarında ərizə qəbulu açılacaq və abituriyentlər qrup seçimi edə biləcəklər:

"Qabiliyyət tələb edən ixtsaslara qəbul olmaq istəyən abituriyentlər üçün may ayında qabiliyyət imtahanı üçün qeydiyyat başlayacaq".

Qeyd edək ki, ali təhsil müəssisələrinə, həmçinin 9 və 11 illik təhsil bazasında kolleclərə sənəd qəbuluna dünən başlanıb və martın 5-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti