Bakı.Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar ayı ərzində 4 hərrac keçirilib. Hərraclarda 29 nəqliyyat vasitəsi özəlləşdirilib.
Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilir ki, cari ilin yanvar ayı ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 26,1 milyon manat təşkil edib. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,9 milyon manata yaxın və ya 23%artım deməkdir.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar ayıərzində 51-i qeyri-yaşayış, 405-i torpaq sahəsi üzrə olmaqla 456 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzindədaşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 4,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 48% artım deməkdir.
Beləliklə, 2026-cı ilin yanvar ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 31milyon manat vəsait daxil olub, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 milyon manata yaxın və ya 27% artım təmin olunub.
