...

“Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfransın yekunlarına dair bəyanat qəbul edilib

Siyasət Materials 19 Fevral 2026 17:31 (UTC +04:00)
“Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfransın yekunlarına dair bəyanat qəbul edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə paytaxtda keçirilən “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfransın yekunlarına dair bəyanat qəbul edilib.

Trend-in məlumatına görə, sənəddə qeyd olunur ki, konfrans iştirakçıları qlobal bərabərsizliyin tarixi və struktur əsaslarını qəbul edir, xalqların öz müqəddəratını təyinetmə və təbii sərvətlər üzərində suveren hüquqlarını dəstəklədiklərini bildirirlər.

Bəyanatda dekolonizasiyanın davamlı və prinsipial öhdəlik kimi qiymətləndirildiyi vurğulanır, beynəlxalq həmrəylik prinsiplərinə sadiqlik ifadə olunur. Eyni zamanda, iştirakçılar beynəlxalq institutlarda islahatların aparılmasına, bərabərsizliklə mübarizənin gücləndirilməsinə, elmi tədqiqatların və ictimai dialoqun genişləndirilməsinə, eləcə də suverenliyə hörmətə əsaslanan ədalətli tərəfdaşlıqların təşviqinə çağırış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti