...

Çinli kosmonavtlar çəkisizlik şəraitində pomidor yetişdirdi

Dünya xəbərləri Materials 19 Fevral 2026 19:34 (UTC +04:00)
Çinli kosmonavtlar çəkisizlik şəraitində pomidor yetişdirdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin Kosmik Stansiyasının göyərtəsində növbəti bioloji eksperiment uğurla başa çatıb

Trend xarici KİV-ə istinadən xəbər verir ki, “Şençjou-21” missiyasının astronavtları pomidor yetişdirib və artıq məhsul yığıblar.

Bunun üçün aeropon qurğudan istifadə olunub - bitkilər torpaqsız böyüyüb, onların kökləri qida məhlulu ilə yuyulub, böyümə isə xüsusi LED spektri ilə stimullaşdırılıb.

Pomidorlar aktiv inkişaf göstərib: zoğlar işığa doğru uzanıb, çiçək tumurcuqları və meyvələr formalaşdırıb. Mütəxəssislərin sözlərinə görə, eksperiment çəkisizlik şəraitində təzə tərəvəz əldə etməyin mümkünlüyünü təsdiqləyib ki, bu da uzunmüddətli missiyalar və gələcək Ay və Mars ekspedisiyaları üçün mühüm əhəmiyyət daşıyır.

Aeropon texnologiyaları suya və məkana qənaət etməyə, həmçinin qida maddələrinin tərkibini nəzarətdə saxlamağa imkan verir. Bu, xüsusilə orbitdə qapalı ekosistemlər üçün aktualdır, çünki orada hər bir resurs böyük əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti