Bakı. Trend:
Amerikalı milyarder Mark Zukerberq sosial şəbəkələrlə bağlı presedent ola biləcək məhkəmə prosesində ifadə verməyə hazırlaşır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Proses çərçivəsində “Meta Platforms”un sosial şəbəkələrinin (“Instagram”, “Facebook” və s) uşaqlarda asılılıq yaratmaq və onlara zərər vurmaq məqsədi güdüb-güdmədiyi ilə bağlı suallara cavab verməsi gözlənilir.
O, erkən yaşlarda sosial mediadan istifadənin onda asılılıq yaratdığını, depressiyasını və intihar düşüncələrini ağırlaşdırdığını iddia edən 20 yaşlı qadın şərti olaraq KGM adlandırılan iddiaçının maraqlarını təmsil edən vəkillər tərəfindən sorğu-suala tutulacaq.
Bu, gənclərin təhlükəsizliyi ilə bağlı əvvəlki ifadələrinə baxmayaraq, Zukerberqin bu cür ittihamlarla bağlı andlılar məhkəməsi qarşısında açıqlama verəcəyi ilk belə hal olacaq.
“Meta Platforms” və “YouTube” platformasını da əhatə edən məhkəmə işi presedent xarakteri daşıyır; bu isə o deməkdir ki, onun nəticəsi sosial media şirkətlərinə qarşı qaldırılmış minlərlə oxşar iddiaya təsir göstərə bilər.
