Bakı. Trend:
Filippe Koutinyo Braziliyanın "Vasko Da Qama" klubundan ayrılıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılı əsasında xitam verilib.
Braziliya millisinin sabiq üzvü özü klubdan ayrılmaq istəyib.
Qeyd edək ki, Filippe Koutinyo 2025-cü ilin yayından "Vasko Da Qama"nın formasını geyinirdi.
