...

Rusiya danışıqları qəsdən uzadır - Zelenski

Dünya xəbərləri Materials 18 Fevral 2026 16:25 (UTC +04:00)
Rusiya danışıqları qəsdən uzadır - Zelenski
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya danışıqları qəsdən uzadır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski 17-18 dekabr tarixlrində Cenevrədə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı keçirilən üçtərəfli (ABŞ, Rusiya və Ukrayna-red.) danışıqları şərh edərkən bildirib.

“Dünən həqiqətən də asan olmayan görüşlər oldu və belə qənaətə gələ bilərik ki, Rusiya artıq yekun mərhələyə çıxa biləcək danışıqları uzatmağa çalışır. Detallara diqqət və Rusiya tərəfinin mövcud nümayəndələri ilə danışıqlarda səbr nümayiş etdirdiyinə görə Amerika tərəfinə təşəkkür edirəm”, – deyə Zelenski qeyd edib.

O vurğulayıb ki, Ukrayna nümayəndə heyətinə danışıqların nəticə verməsi və sülh həlləri üçün imkanları artırması məqsədilə hər şeyi etmək barədə aydın tapşırıq verib.

Ukrayna lideri həmçinin yazıb ki, fevralın 18-də humanitar istiqamətin, xüsusilə hərbi əsirlərin mübadiləsi və mülki şəxslərin azad edilməsi üçün atılacaq addımların müzakirəsi planlaşdırılırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti