...

Cenevrədə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar başa çatıb

Dünya xəbərləri Materials 18 Fevral 2026 14:43 (UTC +04:00)
Cenevrədə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar başa çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrənin Cenevrə şəhərində ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli danışıqların növbəti raundu başa çatıb.

Trend xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Danışıqların ilk günündə müzakirələr təxminən altı saat, ikinci gün isə təxminən iki saat davam edib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin sözlərinə görə, söhbət çətin, lakin işgüzar olub.

İlk günün yekunları üzrə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Amerika prezidentinin hazırkı administrasiyasının uğurunu vurğulayıb. O bildirib ki, administrasiya münaqişə tərəflərini bir araya gətirib, bu da əhəmiyyətli irəliləyişə səbəb olub.

Qeyd edək ki, üçtərəfli danışıqlar iki gün – fevralın 17-dən 18-dək davam edib. Onlar “InterContinental” hotelində, jurnalistlər üçün bağlı formatda keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti