...

Eyvazlı KSES üçün boru xətti tikiləcək

Energetika Materials 18 Fevral 2026 17:37 (UTC +04:00)
Eyvazlı KSES üçün boru xətti tikiləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Eyvazlı Kiçik Su Eelektrik Stansiyası (KSES) üçün boru xəttinin tikintisi işləri aparılacaq.

Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işlərə start verib.

ASC hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda görüləcək işlərin 2,995 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə Azərbaycanda 26,896 milyard kilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib. Bu göstərici 2024-cü illə müqayisədə 168 milyon kVt/saat və ya 0,6% çoxdur.

Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 26 milyard kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 158,6 milyon kVt/saat və ya 0,6% artım deməkdir.

Ümumilikdə, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ildə 3,485 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Eyni zamanda hesabat ilində ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 654,8 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti