...

Ramazan ayı başladı

Cəmiyyət Materials 19 Fevral 2026 00:21 (UTC +04:00)
Ramazan ayı başladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Ramazan ayı başlayıb.

Trend xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Ramazan ayının başlaması münasibətilə fətvasında deyilir ki, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edir.

Fətvada bildirilib ki, Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə üst-üstə düşür. Tövsiyə edilib ki, çərşənbə axşamlarında açılan Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib.

Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə, Ramazan bayramının tarixi isə Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək. Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti