...

Sabah hava necə olacaq?

Cəmiyyət Materials 19 Fevral 2026 12:31 (UTC +04:00)
Sabah hava necə olacaq?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevralın 19-dan 20-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunudan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-11° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti