Bakı. Trend:
ABŞ Suriyada qalan hərbçilərini ölkədən çıxarmağa başlayıb.
Trend bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.
Söhbət təxminən 1000 nəfər-ə yaxın amerikalı hərbçidən gedir. Onların geri ölkədən çıxarılma prosesinin iki aya yaxın çəkəcəyi güman edilir.
“The Wall Street Journal” hökumətdən olan mənbələrə istinadən yazır ki, bu ABŞ və İran arasında gərginliyin artması ilə əlaqədar deyil. ABŞ-nin hərbi kontingentini Suriyadan çıxaracağı barədə hələ yanvar ayında söhbət gedirdi.
Qeyd edək ki, 2026-cı ilin fevral ayında Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəraa hökumətinə tabe olan ordu bir neçə Amerika hərbi bazasını nəzarətə götürüb.
