Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycandan Yunanıstana 11,6 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 24,4 min ton xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 41 milyon dollar və ya 4,5 dəfə, həcm baxımından isə 70,1 min ton və ya 3,9 dəfə azdır.
Məlumat üçün, ötən ilin yanvar ayında Azərbaycandan Yunanıstana 52,6 milyon dollar dəyərində 94,5 min ton neft və neft məhsulları ixrac olunub.
Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinə ümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixrac olunub.
Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 665 milyon ABŞ dolları və ya 34,9% azalıb, eyni zamanda həcm baxımından 818 min ton və ya 23,6% artıb.
